“İlin qalibləri-2021″in mükafatçıları müəyyənləşib

16:20 13-12-2021 | icon 1979
“İlin qalibləri-2021″in mükafatçıları müəyyənləşib

İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2021" layihəsi üzrə mükafatçıları müəyyənləşib.

Qaliblər Bakı Olimpiya Stadionunda açıqlanıb.

Nominasiyalar üzrə:

İlin İdman Xadimi - İlqar Rəhimov (Milli Paralimpiya Komitəsinin prezidenti)

İlin əcnəbi futbolçusu - Abdullah Zubir ("Qarabağ", Fransa)

İlin futbolçusu - Emin Mahmudov ("Neftçi")

İlin İdmançısı - İrina Zaretska

İlin Komandası - "Qarabağ" futbol komandası

İlin məşqçisi - Qurban Qurbanov (“Qarabağ” futbol komandasının baş məşqçisi)

İlin İdman Yarışı AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyunu

Xüsusi mükafatlar:

Kütləvi futbola dəstək verdiyi üçün - Azfar Group

İlin bütün qaliblərini düzgün müəyyənləşdirdikləri üçün - Fanat.az, ATV

Qeyd edək ki, ardıcıl 9-cu il həyata keçirilən layihənin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.


Digər xəbərlər

0.2229950428009