Azərbaycan Premyer Liqasında legioner limiti dəyişə bilər
Azərbaycan Premyer Liqasında komanda sayı artsa, legioner limitinə baxıla bilər.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində bildirib.
Onun sözlərinə görə, hazırda yerli futbolçuların sayı azdır. Bu səbəbdən, PFL rəhbəri çempionatdakı limiti, ehtiyac olarsa, dəyişə biləcəklərini söyləyib.
Funksioner milli komandanın hər kəsin yaralı yeri olduğunu söyləyib: "Klubların çoxu deyir ki, limit ləğv edilsin, kim neçə legioner istəyir, gətirsin-oynatsın. Bu, düzgün deyil".
Musayevin sözlərinə görə, Azərbaycanın məşhur futbolçuları limitə görə kənarda qalmır: "Gəlin, baxaq, bizim yerli futbolçular aldıqları pula layiq oynayırlarmı? Deyirsiniz ki, limiti dəyişək. Bundansa deyək ki, ay klub rəhbərləri, gəlin, yerlilərə verdiyiniz pulu endirək".
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8 klub mübarizə aparır. Qaydalara əsasən, onlar oyun vaxtı meydana 6 legioner və 1-i 21 yaşadək olmaqla, 5 yerli futbolçu buraxa bilərlər.
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...