Məktəb direktorlarının təyinatı səlahiyyəti Təhsil Nazirliyinə verilib
"Yerlərdə təhsil qurumlarına direktor təyinatı artıq Təhsil Nazirliyi tərəfindən icra olunacaq. Bu günə qədər ikili tabelik var idi, yeni sərəncamla bu məsələ həllini tapıb".
Bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hər hansı vəzifələrin tutulması üçün qanunvericilik tərəfindən heç bir qadağa yoxdur: "Hansısa məktəbin sinif otağında baş verən hadisə birbaşa müəllimdən asılıdır. Forma yox, mahiyyət dəyişikliklərindən danışmaq lazımdır. Direktorlarım təyinatının şəffaf olması üçün proses düzgün qurulmalıdır. Daha mərkəzləşdirilmiş sistemə keçirik, bu da səmərəli şəkildə icra olunur. Əsas təyin olunan adamın peşəkarlığı və bu işin təşkilinin şəffaf olmasıdır. Direktorlar müsabiqə yolu ilə seçilirlər və iştirakçıların sayının az olduğu görünür. Bu gün ölkədə 500 direktor vəzifəsi boşdur. Problem bacarıq və səriştə ilə əlaqəlidir. Zamanla rəqabətli əmək münasibətləri sistemi ilə məsələ həllini tapacaq".
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...
-
Müəllimlərə şad xəbər - Yenilik
...