Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək

12:19 22-12-2021 | icon 1542
Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək

Paracüdo üzrə 2022-ci il dünya çempionatı Bakıda keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən (MPK)  verilən məlumata görə, yarış 7 - 9 noyabrda təşkil olunacaq.

 Mundial MPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Dünya çempionatında 40-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.

Yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.


Digər xəbərlər

0.31371998786926