Xalqın etimadını və rəğbətini qazanmış Prezident

14:40 24-12-2021 | icon 1207
Xalqın etimadını və rəğbətini qazanmış Prezident

Yüksək beynəlxalq imic, regionun lideri, beynəlxalq miqyasda söz sahibi
və dayanıqlı inkişaf kimi nailiyyətlərin müəllifi ulu öndər Heydər Əliyevin siyasi
kursunun davamçısı Prezident İlham Əliyevdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər,
sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan
siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi,
iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur
layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm
tranzit qovşağıdır. Müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən bu
nailiyyətlər, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin
artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas
təminatçılarından birinə çevrilməsi hər birimizin qəlbini fəxarət hissi ilə
dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir
Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan
ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident
İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.
Ötən ilin Vətən müharibəsində Azərbaycanın titulların sırasına “qalib
dövlət” titulu əlavə olundu. Müasir texnologiyalara yiyələnən, son nəsil
silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı
ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi əzəmətli bir
qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Eyni zamanda, dünya
ictimaiyyəti Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi ilə
müstəqil Azərbaycanın gücünü, qüdrətini, tarixi uğurların müəllifi dövlətimizin
başçısının mahir sərkərdəlik, liderlik bacarığını aydın gördü. “Qarabağ
Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük
Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız
üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-
siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə
Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz
kapitulyasiyasını etiraf etdi.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və
informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana
qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən
sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş
Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni
üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real

mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də
qalib gəldi, dövlətimizin başçısının qlobal informasiya məkanında Azərbaycan
Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq
legitimliyini təmin edən titanik mübarizəsi məğrur xalqın qalib ruhunun
güzgüsünə çevrildi.
Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı dəmir
yumruq kimi birləşməyə, vətəndaşları milli birliyə dəvət etdi. 2003-cü ildə
dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir
azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə
cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi.
Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu
Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu
taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini
yazır.
“Bu gün Azərbaycan dünyanı bir daha heyrətləndirir. Bu dəfə işğaldan
azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri
Qarabağın dirçəlişini daha da sürətləndirib. Düşməndən təmizlənmiş
ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə,
ənənələrinə, dini mirasına qovuşur. Azərbaycan yalnız özünün maliyyə
resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş
Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.
Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət
başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş
sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və
diplomatdır. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə
məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra
biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm”.
Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq edən
Prezident İlham Əliyev Azərbaycanı regionun lideri səviyyəsinə yüksəltməyi
bacardı”.
Arıqova Şərqiyə
Saatlı Rayon Dəllər kənd ümumi orta məktəbin müəllimi


Digər xəbərlər

0.22979998588562