Əhalinin sosial rifahına hesablanmış islahat

13:03 27-12-2021 | icon 2643
Əhalinin sosial rifahına hesablanmış islahat

Prezident İlham Əliyevin imzaladığı Sərəmcam və Fərmanlar yeni sosial islahatların
miqiyasının göstəricisidir. Bu islahatlar həssas quruplara sosial ödənişlərin artırılması işinin
uğurlu davamı kimi əhalinin bütün təbəqələrini əhatə etmişdir. 2022- ci ilin sosial islahatları
dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında “
2021- ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır
Yeni islahat, hamı kimi, təhsil işçilərinin də sosial müdafiəsini əhatə edəcək. Belə
ki, yeni əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunacaq. Bu məqsədlə 273
milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamda 2022-ci il yanvarn 1 –dən
dövlət ümumtəhsil məktəblərində çalışan və diaqnostik qiymətləndirməsi aparılan
müəllimlərin maaşları orta hesabla 20 %, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin
maaşlar orta hesabla 40 %, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları
orta hesabla 20 %, fiziki tərbiyə rəhbərlərinin maaşları isə orta hesabla 30 %, artırılır
Bütün bunlar onu sübut edir ki, Prezident daim ölkə vətəndaşlarının qayğısına qalır,
onların həyat səviyəsinin yüksəldilməsinə xüsusi önəm verir.

Cəfərov Əfqan Əlheydər oğlu
Saatlı rayon Orta Muğan kənd tam orta məktəbinin direktor əvəzi


Digər xəbərlər

0.29105281829834