Eldar Quliyev: " Dünya əhalisi aclıqla üz-üzə qala bilər"

14:39 05-01-2022 | icon 1768
Eldar Quliyev:

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin ölkədə çörəyin bahalaşması fonunda əhalinin çörəyə olan ehtiyacının minimuma endirilməsi ilə bağlı açıqlaması böyük rezons doğurub. 

Məsələ ilə bağlı Azeripress.az-a danışan millət vəkili qeyd edib ki, dünyada baş verən hazırkı proseslər dünya əhalisinin aclıqla üz-üzə qalmasını qaçılmaz edir:

"Bu gün dünyada baş verən texnoloji inkişaf, qeyri kənd təsərrüfatı sahələrinin inkişafı dünaya ərzaq, xüsusən taxıl qıtlığı yaranmasına gətirib çıxarır. Biz dəfələrlə bir çox ölkələrin hökumət nümayəndələri ilə müzakirələrimzdə də bu barədə məlumat vermişik. Bildirmişik ki, BMT qarşısında məsələ qaldırılsın ki, onlar dünya ölkələri qarşısında aqrar sektorun inkişafı üçün müəyyən öhdəliklər qoysunlar. Hələ bir neçə il öncə mənim “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” (“Global food security: realities, callings and perspectives”) adlı kitabım Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr olunub və Birləşmiş Millətlər Kitabxanasına daxil edilib.

Kitabın mühüm elmi dəyərinə görə və mənim BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyim münasibətilə UNCOPA-nın “KORİFEY” ordeninə layiq görülmüşəm.

Kitab bir neçə dilə tərcümə olunaraq Almaniya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə və digər ölkələrin qida təhlükəsizliyi araşdırmalarında istifadə olunub.

Kitabda qlobal ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məqamlara toxunulub, bu sahədəki mövcud problemlərə yeni prizmadan yanaşılıb.

Bu gün Çin çörəkdən ən az istifadə edən ölkə olmasına baxmayaraq, onlar dünya taxıl ehtiyatının 60 faizini, Amerika isə qarğıdalı ehtiyatının 65 faizini toplayaraq dünyada süni qıtlığı yaradır, digər xalqları özündən asılı vəziyyətə salır.  Mən bütün bu prosləri yaxından izləyən adam kimi öz proqnozumu hələ 10 il əvvəl vermişəm və demişəm ki, belə davam edərsə dünya əhalisi aclıqla üz-üzə qala bilər".

Deputat məlum açıqlamasından sonra mətbuatda ailəsi haqda yazılan məlumatlara da aydınlıq gətirib:

"Təəssüf ki, bəzi xəbər saytlarında ailəm, xüsusən qız övladımın ailəsi haqda xoş olmayan, yalan məlumatlar yayılır. Qeyd edim ki, mənim övladım 2016-ci ildə ailə qurub. Həmin yayılan sənədlərdə isə açıq aydın görünür ki, qızımın həyat yoldaşı Abbas Səfərov həmin şirkətləri 2016-cı ildən əvvəl yaradıb, onun şəxsi əmlakıdır və mənimlə heç bir əlaqəsi yoxdur". 

 

 


Digər xəbərlər

0.28773903846741