Mirhəsən Seyidov gənclərlə görüşdü, təkliflərini dinlədi - Foto
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər Günü ilə əlaqədar neftçalalı gənclərlə geniş görüş keçirib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Gənclər və İdman İdarəsinin, GİKM-nin yerli nümayəndəliyinin məsul şəxsləri, ictimai fəallığı ilə seçilən gənclər, Vətən müharibəsi iştirakçıları və tələbələr iştirak edib.
Görüşdə çıxış edən RİH başçısı Gənclər Gününün yaranması haqqında danışıb və bildirib ki, ümummilli lider Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 2 fevral Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.
RİH başçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında aparılan gəncləşmə siyasətindən və gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən danışıb.
Görüşdə gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Ən çox səsləndirilən təkliflər isə gənclərin məşğulluğunun təmin olunması, onların asudə vaxtının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi, eləcə də, sosialyönümlü olub. Qeyd olunan məsələlərin həlli istiqamətində addımların atılacağı barədə deyilənləri isə gənclər onlara göstərilən qayğı kimi dəyərləndiriblər.
İcra başçısı Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...