Nazir Gənclər Forumundan danışıb

19:46 02-02-2022 | icon 1447
Nazir Gənclər Forumundan danışıb

"Bu gün Gənclər Gününün təsis olunmasının 25 illiyini qeyd edirik. Bayram çərçivəsində "Gənclər həftəsi" elan olunub. Həftə ərzində müxtəlif tədbirlər keçirilib. Bu gün isə Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi".

Bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, forumda Azərbaycanın müxtəlif regionlarından müxtəlif sahələri təmsil edən gənclər iştirak edirlər: "Günün ilk yarısında cənab Prezident forumda iştirak etdi. Çox maraqlı görüş oldu. Gənclər çox həyəcanlı olsalar da, bu günü çoxdandır gözləyirdilər. Günün ikinci yarısında isə gənclər üçün müxtəlif sahələrdən maraqlı insanları dəvət etmişik. Günün sonunda gənclərlə birlikdə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcəyik. Bütün gəncləri bu gün münasibətilə təbrik edirəm".


Digər xəbərlər

0.31266403198242