Akademik Musiqili Teatr Beynəlxalq festivalda iştirak edəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi 9-13 fevral tarixlərində 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olacaq.
Teatrdan verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi tədbirlərdə dəfələrlə Azərbaycanı layiqincə təmsil edən teatr fevralın 11-də "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramını, 12-də isə "Utancaq qız" (F.Dostoyevski) monotamaşasını Tehranda nümayiş etdirəcək.
Qeyd edək ki, janr etibarı ilə bir-birindən fərqli olan bu səhnə əsərlərinin hər biri iki dəfə göstəriləcək.
Rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda “Bir nəfəs qədər” tamaşası Zəfər salnaməmizi qanları ilə yazan səhidlərimizin əziz xatirəsinə ithaf olunur. Əsərin süjet xəttində Vətən Müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.
Festivalda nümayişi nəzərdə tutulan digər səhnə əsəri isə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşadır. Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovdur.
Hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...