Kəramət Hüseynov yarımfinalda

18:32 05-02-2022 | icon 1426
Kəramət Hüseynov yarımfinalda

Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

 

Komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək nüfuzla yarışda altı cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edəcək.


Digər xəbərlər

0.30456399917603