XXI əsrin ən böyük layihələrindən biri - Cənub Qaz Dəhlizi

12:01 10-02-2022 | icon 1284
XXI əsrin ən böyük layihələrindən biri - Cənub Qaz Dəhlizi

Azərbaycan son illərdə həyata keçirilən iki miqyaslı regional enerji layihələrinin
müəllifi və fəal iştirakçısı olaraq bir sıra Avropa ölkələrinin etibarlı enerji
təchizatçısına çevrilib. Ölkəmizin təşəbbüskarı olduğu layihələr təkcə region üçün
deyil, dünya miqyasında da böyük əhəmiyyət daşıyır.
Bu gün Avropanın enerji bazarlarında Azərbaycan qazına böyük ehtiyac yaranıb.
2006-cı ildən neft ixracatına başlayan ölkəmiz götürdüyü öhdəlikləri tam şəkildə
yerinə yetirib, heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb. Bu da onun nə
qədər etibarlı tərəfdaş olduğuna bir daha sübutdur.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə
Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən
mühüm amillərdən biridir.
Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə
hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri
qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu
göstəricilər getdikcə artmaqdadır.
İşğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün əlavə həcmdə qaza ehtiyac var.
Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadrat kilometrdən çoxdur. Cari ildən
etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqdır. Azərbaycan dünyanın
xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac
edən az sayda ölkələrindən biridir.
Bizim ölkəmizin elektrik enerjisinə regional bazarda da ehtiyac vardır. Bu gün
biz dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac
edirik. Həcm getdikcə artır. artır. Bizim Azərbaycanda bərpaolunan enerji
mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.
2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə "Cənub Qaz
Dəhlizi" vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard
kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə
təchiz olunub. Bu, onu göstərir ki, "Cənub qaz dəhlizi" Avropa ölkələrinin enerji
təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın
digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir. Beləliklə, layihə çərçivəsində
Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndir. TANAP və
Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüsdür. Cənub Qaz Dəhlizinin
ötürülmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək və bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə
versin.

İbrahimova Leyla
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.29817700386047