Tehranda 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında Akademik Musiqili Teatrın kollektivi alqışlarla qarşılanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi İran İslam Respublikasında keçirilən 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edir.
Festival çərçivəsində ötən gün "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramı iki dəfə nümayiş olunub.
Nüfuzlu beynəlxalq tədbirin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan tamaşadan öncə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə onlara dolğun məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, şəhidlərimizin şücaətindən, müqəddəs şəhid analarının dastanlara sığmayan qəhrəmanlığından danışıb.
Qeyd edək ki, tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamovdur.
Tehrandakı Mərkəzi Şəhər Teatrında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyətinin üzvlərini: Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və Qabil Gözəlovu sürəkli alqışlarla qarşılayan tamaşaçılar onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.
Xatırladaq ki, bu gün də festival çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa nümayiş olunacaq. Səhnə əsərinin tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynov bu tamaşa ilə gün ərzində iki dəfə səhnəyə çıxacaq.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...