Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin rəqibləri məlum olur
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son iki cavab görüşü keçiriləcək.
Qarşılaşmalardan biri Bakıda, digəri Qəbələdə təşkil olunacaq.
Əvvəlcə "Qəbələ" "Sumqayıt"ı qəbul edəcək. İlk matçda "qırmızı-qaralar" səfərdə 1:0 hesablı qələbə qazanıblar. Premyer Liqada işləri heç də yaxşı getməyən "gənclik şəhəri" təmsilçisi üçün bu oyun avrokubok yolunda son şans sayıla bilər. Səfər öncəsi komandanın baş məşqçisi Aleksey Baqa yarımfinala adlama imkanlarını kifayət qədər yüksək qiymətləndirib. İki görüşün nəticəsində qalib olacaq kollektivi yarımfinalda "Qarabağ"la daha ağır sınaq gözləyəcək.
Paytaxtdakı "ASCO Arena"da isə "Səbail" "Zirə"ni qəbul edəcək. İlk oyunda Rəşad Sadıqovun komandası 4:0 hesabı ilə qalib gəldiyindən, bugünkü meydan sahiblərinin belə ağır məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür. Cütün qalibi yarımfinalda "Neftçi"yə rəqib olacaq.
13 fevral (bazar)
Azərbaycan Kuboku
1/4 final, cavab görüşləri
15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
İlk oyun - 1:0
18:00. “Səbail” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”
İlk oyun - 0:4
Qeyd edək ki, ilk iki yarımfinalçıdan "Qarabağ" "Keşlə"ni (1:0, 6:0), "Neftçi" isə "Sabah"ı (1:1, 3:1) üstələyib.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...