Fərid Qayıbov Çinin idman nazirinin müavini ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Pekinə səfəri zamanı Çinin idman nazirinin müavini, Çinin Olimpiya Komitəsinin vitse-prezidenti Li Yunqçuanla görüşüb.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri və Qış Olimpiya Oyunlarının təşkili müzakirə olunub.
Müzakirələrdə Pekin-2022-də Olimpiya komandasının şef de-missionu Anar Bağırov da iştirak edib.
F.Qayıbov üç günlük səfəri müddətində müxtəlif idman növləri üzrə yarışları da izləyib, Oyunlarda Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb. Nazir bu gün Ryabovanın qısa proqramdakı çıxışını izlədikdən sonra Vətənə qayıdacaq.
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...