Müəllimi təhqir edən məktəb direktoru işdən çıxarıldı
Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova tutduğu vəzifədən azad olunub.
Sosial şəbəkələrdə yayılan məlum videogörüntü ilə bağlı məsələ araşdırılıb və Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbin direktoru Əmiraslanova Vəfa Əmiraslan qızı tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, bir qədər əvvəl Göygöl rayonunda yerləşən Kəlbəcər rayon 111 saylı tam orta məktəbdə məktəb direktoru və müəllim arasında baş verən mübahisə ilə bağlı videogörüntülər yayılıb. Video orta məktəbin ibtidai sinif müəllimi İslam Əliyev tərəfindən çəkilib. Görüntülərdə məktəbin direktoru Vəfa Əmiraslanova adıçəkilən müəllimi təhqir edib. Yayılan videoya münasibət bildirən direktor isə deyib ki, görüntülər məqsədli şəkildə çəkilib və montaj olunduqdan sonra yayılıb.
-
Kəlbəcərdə müasir məktəb binası tikilir - Video
...
-
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
...
-
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz
...
-
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
...
-
Tələbələrin təcrübə keçmə qaydalarında edilən yeniliklərin detalları açıqlanıb
...
-
Məktəblərdə qış tətili başladı
...
-
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
...
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...