Martda 13 gün iş olmayacaq

09:27 17-02-2022 | icon 1147
Martda 13 gün iş olmayacaq

Mart ayında iki bayramın olması istirahət günlərinin sayını artırır.

Ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.

 

Həmçinin 2022–ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, martın 20-si bazar gününə təsadüf etdiyindən, iş və istirahət günlərinin yeri dəyişdirilərək ayın 25-i qeyri-iş günü olacaq.

26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Novruz bayramı ilə əlaqədar 8 gün istirahət edəcəyik. İş günü martın 28-dən başlayacaq.

Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 13 gün qeyri-iş günüdür.


Digər xəbərlər

0.24682402610779