Bazar günü hava necə olacaq?

19:12 19-02-2022 | icon 1300
Bazar günü hava necə olacaq?

Azərbaycanda fevralın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin axşama doğru Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 5-10° isti olacaq.


Digər xəbərlər

0.23767590522766