“Zirə” “Sabah”a qalib gəldi

22:51 20-02-2022 | icon 959
“Zirə” “Sabah”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Bu gün daha bir qarşılaşma baş tutub.

 

“Zirə” doğma meydanda “Sabah”la qarşılaşıb. Hər iki komandanın avrokuboklara vəsiqə qazanmağa iddialı olması bu oyunun gərgin keçəcəyindən xəbər verirdi. Matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” evdə “Səbail”ə (2:0), “Neftçi” isə “Keşlə”yə (3:1) qalib gəlib. “Qarabağ” – “Sumqayıt” matçı isə Ağdam təmsilçisinin Avropa Konfrans Liqasında Marsel “Olimpik”i (Fransa) ilə pley-off oyunlarına görə mayın 12-nə təxirə salınıb.

Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral

“Zirə” – “Sabah” 2:0
Qol: H.Keyta, 63; 90+3.
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.


Digər xəbərlər

0.23432302474976