Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi
Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.
Hərbi mənbələrdən verilən məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.
Qeyd edək ki, Məlikməmməd Qurbanov sözügedən faktlarla bağlı araşdırma müddətində vəzifəsindən kənarlaşdırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Bakı Hərbi Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə Məlikməmməd Qurbanov barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilib.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...