Elxan Məmmədov Qurban Qurbanovun hərəkətindən danışdı
UEFA Avropa Konfrans Liqası çərçivəsində fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Qarabağ” – “Marsel” oyunun gedişində qeydə alınmış maraqlı və özündə fair play nümunəsi ehtiva edən epizodla bağlı AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov AFFA-nın rəsmi saytına açıqlama verib.
O, Qurban Qurbanovun hərəkətini feyr-pley nümunəsi adlandırıb:
““Qarabağ” UEFA Avropa Konfrans Liqasında çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar. Təkcə ona görə yox ki, "Qarabağ" qrup mərhələsini uğurla keçdi və play-off-da kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, Ağdam klubu turnirdəki son oyununda gözəl bir fair-play nümunəsi göstərdi. İbrahima Wadjinin əl ilə toxuşundan sonra qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi. Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq.
Qurban müəllimin və “Qarabağ”ın futbolçularının bu addımı sözün əsil mənasında təqdirəlayiqdir. Rəhbərlik etdiyim UEFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq".
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...