10 min dollar oğurlayıb torpağa basdırdılar - Foto

09:25 28-02-2022 | icon 2185
10 min dollar oğurlayıb torpağa basdırdılar - Foto

Qaxda ələ keçməmək üçün oğurladıqları 10 000-ə yaxın ABŞ dollarını torpağa basdıran dostlar saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Qax rayonu Almalı kəndi ərazisində yerləşən evlərin birindən 9300 dollar və 4 min manat pul, eləcə də qızıl-zinət əşyaları oğurlanıb.

 
 
 

Hadisəni törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri-Şahid Balliyev və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Nicat Abdulkərimov  tutularaq istintaqa təhvil veriliblər.

Əvvəllər ev sahibinin fermasında çoban işləyən Şahid Balliyev Bakıda kirayədə yaşadığı Nicat Abdulkərimovla əlbir olaraq gecə saatlarında həmin şəxsin yaşadığı ünvana daxil olublar. Pul və qızılları götürdükdən sonra Şəki rayonuna qayıdan dostlar 4 min manatı öz aralarında bölüblər, ABŞ dollarını isə bankaya qoyaraq iz itirmək məqsədilə N.Abdulkərimovun yaşadığı ünvanda torpağa basdırıblar.  Qızıl-zinət əşyaları və torpağa basdırılmış pullar onlardan maddi sübut kimi götürülüb.

Şahid Balliyevin izahatı alınarkən onun yanvar ayında da həmin evdən 10 000 manat pul oğurladığı və bundan sonra Bakı şəhərinə gedərək restoranlarda xərclədiyi məlum olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

Digər xəbərlər

0.29410004615784