Bu gün daha 250 nəfər azərbaycanlı Xarkovdan təxliyə olunacaq
“Hazırda Ukraynanın qərbindəyik. İki qatarda 120 nəfər azərbaycanlı var”.
Bunu açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
Onun sözlərinə görə, qatar, təxminən, 5-6 saatdan sonra Lvov şəhərinə çatacaq: “Yol boyu problem olmayıb, sakitlik idi. Yarım saatdan sonra Xarkovdan növbəti təxliyə olacaq. Bu dəfə də 250 nəfərə yaxın azərbaycanlı şəhəri tərk edəcək. Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşkilatçılığı ilə baş tutur. Danışmışıq hazırda Xarkovda sakitlikdir. Ümumilikdə, son 3 gündə 400 nəfərə yaxın azərbaycanlı təxliyə olunub. Amma hələ də təxliyə olunmağı gözləyən kifayət qədər həmvətənimiz var. Onlar zirzəmilərə sığınıblar və təxliyələri heç də asan deyil”.
S.Adıgözəlli bildirib ki, təxliyə olunanların qatar biletini Azərbaycanın Xarkovdakı fəxri konsulluğu pulsuz təşkil edib: “Təxliyə olunanlar Lvova, Polşaya çatandan sonra Azərbaycana göndəriləcəklər”.
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...
-
Prezidentin Xocalı sakinləri ilə görüşünün Videosu
...
-
Prezident sakinlərlə Xankəndini gəzdi - Fotolar
...
-
Prezident Xocalı qurbanlarını sükutla yad etdi - Foto
...