Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir

10:50 02-03-2022 | icon 1662
Gənclər və İdman Nazirliyi loqosunu dəyişdirir

Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edib.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, loqonun dizaynı gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.

Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqolar təqdim edilməlidir.

Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadəyə uyğun olmalıdır.

Təkliflər 10 iş günü ərzində - 16 martadək nazirliyə göndərilməlidir. Hər iştirakçı bir neçə layihə təqdim edə bilər. Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq. Qalibə mükafat təqdim ediləcək.


Digər xəbərlər

0.26514196395874