Neftin qiyməti 116 dolları ötdü

11:37 03-03-2022 | icon 1774
Neftin qiyməti 116 dolları ötdü

“Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları ötüb.

 

Bu, Londonun ICE birjasının göstəricilərində əks olunub.

Bakı vaxtı ilə saat 06:54-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 3,30% artaraq 116,66 dollar/barelə bərabər olub.

Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 2,44% artaraq bir barel üçün 113,30 dollar təşkil edib.


Digər xəbərlər

0.22447490692139