Musiqili Teatrda yeni sərgi açılacaq

21:15 03-03-2022 | icon 1911
Musiqili Teatrda yeni sərgi açılacaq

10 mart – Milli Teatr Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində “Həyatdan səhnəyə” adlı sərgi nümayiş olunacaq.

Teatrdan verilən xəbərə görə, ölkəmizdə peşəkar teatrın yaranmasının 149-cu ildönümü münasibətilə hazırlanan layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.

Sərgidə uzun illər teatrda fəaliyyət göstərmiş peşəkar rəssamların - Əməkdar rəssamlar İsmayıl Məmmədov və Nabat Səmədovanın, eyni zamanda Validə Ümman və Vusal Rəhimin teatrla bağlı müxtəlif əsərləri, kompozisiyaları, müəllifi olduqları səhnə eskizləri və səhnə geyimləri nümayiş olunacaq.

Qeyd edək ki, martın 10-dan etibarən ay ərzində teatrın tamaşalarına baxmağa gələn hər kəs sərgini izləyə biləcək.


Digər xəbərlər

0.23496413230896