Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur

11:04 05-03-2022 | icon 1480
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur

Bu gün Bədən Tərbiyəsi və İdman Günüdür.

Əlamətdar günlə əlaqədar gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkə hesabında paylaşım edib.

"5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanı adına yeni-yeni qələbələr və uğurlar arzulayıram!", - deyə nazir bildirib.

Gənclər və İdman Nazirliyi isə 27 fevral - 5 martı İdman həftəsi elan edib. Tədbirlər planında əhali arasında idman və bilik yarışması, şəhid övladları üçün kiberidman yarışları, idman federasiyalarının mətbuat katibləri üçün treninq, dövlət qurumlarının xanım əməkdaşları arasında stolüstü tennis turniri, məktəblərdə idman həftəsinə aid yarışlar, görüşlər və müsabiqələr, idman veteranları ilə gənc idmançıların görüşü, səfirliklər arasında şahmat turniri, idarələr, veteranlar və jurnalistlər arasında voleybol turniri, olimpiya növləri üzrə federasiya nümayəndələri ilə görüş, məktəblilər arasında "İdman - sağlam həyat" rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması, nümunəvi idman çıxışları, federasiyaların idman sərgisi, rayon (şəhər) Gənclər və İdman idarələrinin "İdman Həftəsi"nə həsr etdikləri tədbirlər yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.


Digər xəbərlər

0.23371505737305