“Brent”in qiyməti 140 dollara çatdı

16:07 07-03-2022 | icon 1972
“Brent”in qiyməti 140 dollara çatdı

Dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 140 dollara çatıb.

Bu, 2008-ci ildən bəri qeydə alınmış ən yüksək göstərici hesab olunur. Bildirilir ki, neftin qiymətinin qalxmasına ABŞ-ın Rusiyadan neft idxalına qadağa qoyması ilə bağlı məlumatların yayılmasıdır.

Vaşinqtonun bəyanatları fonunda “Brent” markalı neftin qiyməti 18% bahalaşıb. Bir çox analitik hesab edir ki, Rusiyadan neft ixracı dayandırılsa, “Brent”in qiyməti ilin sonuna kimi 185 dollara çata bilər.

 

 
 
 

Digər xəbərlər

0.27987694740295