Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir

11:02 10-03-2022 | icon 1580
Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir

Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir.
Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına
çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan
mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. 1992-ci ildə ulu öndər Heydər
Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyası qısa müddət ərzində
ümumxalq partiyasına çevrilib və 30 ildir ki, partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin
təmin olunmasına xidmət edir. Şübhə yoxdur ki, Azərbaycanda həmrəylik və demokratiya
mühitinin qorunması siyasətinin reallaşmasında da iqtidar partiyası kimi YAP-ın aparıcı
rolu var. Eyni zamanda, reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən
birinə çevrilib. Bir sözlə, Ulu Öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz
fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə,
parlaq gələcəyə daşımağa qadir partiyadır”. Bu gün Ümummilli Lider Heydər Əliyevin
ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP 800 minə
yaxın üzvü olan böyük gücə çevrilib və bu üzvlərin də böyük hissəsi gənclərdir ki, onlar
da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynayıblar. 1 il öncə
keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı da Prezident İlham Əliyevin
islahatlar siyasətinin davamı idi: “Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII
qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın iqtidar-xalq modelinin və milli
həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Qurultayda partiyanın
daha təkmil idarəetmə forması müəyyən olundu. Xüsusilə də, partiyada birinci müavin
postunun təsis olunması və bu vəzifənin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edirdi. Bu
mənada, YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı
kimi dəyərləndirilməlidir.
Müstəqil Azərbaycan dövləti bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə
asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi
mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü
məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi
sayəsində mümkün olmuşdur. Dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi
əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən biri
hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. YAP
siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiyadır. O zaman Azərbaycanda
hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhran,
iqtisadi tənəzzül hökm sürür, respublikamız regional və beynəlxalq səviyyədə, demək
olar ki, geosiyasi təcrid vəziyyətində idi. Bütün bunlar hətta Azərbaycanın formal xarakter
daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə
Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik
olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan
görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup
Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını
təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il
tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik

etməyə razılıq vermişdi. Məhz bundan sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-
ın təsis konfransının keçirilməsi, ulu öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi
ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm - əlamətdar hadisə oldu.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət müstəqilliyi
qorunub saxlanıldı, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi
geniş vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi, müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul olundu, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə
qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı. O qeyd edib ki, bu gün üzvü olduğumuz Yeni
Azərbaycan Partiyası minlərlə Azərbaycan vətəndaşını öz ətrafında birləşdirərək dövlətin
siyasi sütunu rolunda çıxış edir. Partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Yeni Azərbaycan Partiyası zamanın tələbinə uyğun olaraq həm kəmiyyət, həm də
keyfiyyət baxımında böyüyür, müasirləşir və güclənir. 

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.30067300796509