Millimiz ilk oyunda darmadağınla uduzdu

23:31 17-03-2022 | icon 1969
Millimiz ilk oyunda darmadağınla uduzdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

 

Ağatahir Əzimovun başçılıq etdiyi komanda 7-ci qrupda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.

Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.

Millimizin qrupdakı ikinci oyunu Latviyaya qarşı olacaq. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Digər xəbərlər

0.27495789527893