Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

12:36 18-03-2022 | icon 1812
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

9 - 10 apreldə Şüvəlan qəsəbəsində yerləşən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək.

AAAF-dən verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.


Digər xəbərlər

0.27216815948486