Bu gün 5 güləşçimiz Avropa çempionatında yarışa başlayacaq
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.
İlk gündə 5 sərbəst güləşçimiz mübarizəyə başlayacaq.
Belə ki, 57 kq-da Əliabbas Rzazadə ispaniyalı Levan Metreveli ilə qarşılaşacaq.
3 qat dünya və 3 qat Avropa çempionumuz Hacı Əliyev 1/4 finaldan mübarizəyə start verəcək. Onun rəqibi Munir Aktaş (Türkiyə) və Kuentin Stiker (Fransa) görüşündə müəyyənləşəcək.
70 kq-da Zirəddin Bayramov 1/8 finalda yerli idmançı Daniel Antalla mübarizədən qalib ayrılmağa çalışacaq.
79 kq çəkidə Əşrəf Aşırov ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək.
97 kq-da Məhəmmədxan Məhəmmədov litvalı Lukas Krasauskasdan üstün olmağa çalışacaq.
Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...