Avropa çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi yarımfinala yüksəlib
Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ardıcıl olaraq Levan Metreveli (İspaniya) və Mikyay Salim Naimi (Bolqarıstan) məğlub edib.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançı bu mərhələdə Munir Aktaşı (Türkiyə) yenib.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda Daniel Antalı (Macarıstan), daha sonra Fati Veyseli (Şimali Makedoniya), Əşrəf Aşırov (79 kq) isə Miroslav Kirov (Bolqarıstan) ilə Arman Avaqyanı (Ermənistan) məğlubiyyətə uğradaraq yarımfinala adlayıb.
97 kq-dak Məhəmmədxan Məhəmmədov ilk görüşündə Lukas Krasauskasdan (Litva), ardınca Elizbar Odikadzedən (Gürcüstan) güclü olub.
Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan bütün sərbəst güləşçiləri yarımfianala vəsiqə qazanıb.
Rzazadə finala gedən yolda Beka Bujiaşvili (Gürcüstan), Əliyev Maksim Sakultan (Moldova), Bayramov Zurabi Yakobişvili Gürcüstan), Aşırov Vladimeri Qamkrelidze (Gürcüstan), Məhəmmədov Zbiqnev Matyuş Baranovski (Polşa) ilə görüşəcək.
Qeyd edək ki, yarımfinallar axşam seansında. finallar isə martın 29-da olacaq. Avropa çempionatı aprelin 3-də başa çatacaq.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...