İki qadın güləşçimiz mübarizəyə başlayır

10:46 30-03-2022 | icon 1535
İki qadın güləşçimiz mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayacaq.

 

Azərbaycanın iki idmançısı da yarışa start verəcək.

50 kq-da Türkan Nəsirova təsnifat mərhələsində yerli idmançı Şimonetta Şekerlə qarşılaşacaq.

59 kq-da Alyona Kolesnik isə A qrupunda Elif Yanik və Elene Heykeni məğlub edib yarımfinala adlamağa çalışacaq.


Digər xəbərlər

0.25868201255798