Qətərdə keçiriləcək dünya çempionatına 27 ölkə vəsiqə qazanıb - SİYAHI

10:51 30-03-2022 | icon 1764
Qətərdə keçiriləcək dünya çempionatına 27 ölkə vəsiqə qazanıb - SİYAHI

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına indiyədək 27 ölkənin milli komandası vəsiqə qazanıb.

Son 5 vəsiqənin taleyinə pley-off qarşılaşmalarından, eləcə də Şimali, Mərkəzi və Karib hövzəsi zonasında son tur oyunlarından sonra aydınlıq gələcək.

DÇ-2022-yə birbaşa vəsiqə qazananların və pley-off mərhələsində çıxış edəcək yığmaların siyahısı:

Avropa
Vəsiqə qazananlar (12): Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə
Pley-off oyunları. İyun
Yarımfinal: Şotlandiya - Ukrayna
Final: Uels - Şotlandiya / Ukrayna cütünün qalibi

Afrika
Vəsiqə qazananlar (5): 
Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis

Asiya
Vəsiqə qazananlar (5): 
Qətər (təşkilatçı ölkə), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Asiya pley-offu: 7 iyun. Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya
Qitələrarası pley-off: 13/14 iyun: Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi - Peru

Cənubi Amerika
Vəsiqə qazananlar (4): 
Argentina, Braziliya, Ekvador, Uruqvay
Qitələrarası pley-off: 13/14 iyun. Peru - Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi

Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF)
Vəsiqə qazanan (1): 
Kanada
CONCACAF-ı 3 və ya 4 ölkə təmsil edəcək

Okeaniya
Maksimum 1 komanda ilə təmsil olunacaq
Final
30 mart: Solomon adaları - Yeni Zelandiya
Qitələrarası pley-off: Solomon adaları / Yeni Zelandiya cütünün qalibi - CONCACAF komandası.

Qeyd edək ki, DÇ-22 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.


Digər xəbərlər

0.24608898162842