Jurnalistlər güzəştli ipotekadan nə vaxt yararlanacaq?
Məlum olduğu kimi, bu ilin fevralından Prezidentin imzaladığı fərmana əsasən, jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər.
Elə həmin ay Nazirlər Kabineti “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Prezidentin fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Media Reyestrinin aparılması qaydalarının layihəsinin, həmçinin jurnalist vəsiqəsinin forması və dəyişdirilməsinə görə ödənişin məbləği ilə bağlı təkliflərin iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, Prezidentin bu ilin fevralında imzaladığı fərmana əsasən, artıq jurnalistlər də güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına daxil ediliblər. Sözügedən fərmana əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 4 faizli ipoteka krediti ala bilərlər. Göründüyü kimi, reyestr hazır olmadığından, hələ ki, jurnalistlər bu hüquqdan yararlana bilmirlər.
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...