Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı

11:36 06-04-2022 | icon 1551
Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı

Bildiyimiz kimi, 2003-cü ilin Prezident seçkilərindən ötən dövr ərzində Prezident,
сənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük,
şərəfli inkişaf yolu keçib. Prezident İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyini
qazanmış bir Liderdir. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident
seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki
olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının
bu seçkilərdə namizədi, partiyanın Sədri, vahid namizədimiz cənab İlham Əliyev
olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak
etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev
Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanaraq, yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərinin nəticələri Azərbaycan
xalqının iradəsini əks etdirmişdir. Xalqımız inkişafa, tərəqqiyə, təhlükəsizliyə və
gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən
keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən
keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha
onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.
Regionun ən güclü dövləti olan Azərbaycanın iqtisadiyyatı bu gün Cənubi Qafqaz
iqtisadiyyatının 85 faizini təşkil edir. Prezident seçkilərinin nəticəsi də göstərdi ki, xalq
ölkəmizi irəli aparan siyasi xətti birmənalı şəkildə müdafiə edir və bundan sonra da
müdafiə edəcəkdir. Azərbaycanda vətəndaş həmrəyliyinə, iqtisadi-maliyyə
təhlükəsizliyinə tam nail olunması, güclü dövlət idarəçiliyinin mövcudluğu ölkənin
daxilində modernləşmə siyasətinin daha da dərinləşməsinə əlverişli mühit yaradıb.
Dövlət başçısının vurğuladığı kimi, müxtəlif sferalardakı islahatlar bundan sonra da
davam edəcək, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcəkdir. 2003-
2018-ci illər ərzində insanların sosial rifah hallarının yaxşılaşdırılması məqsədilə əmək
haqları təxminən 7 dəfə, təqaüdlər isə 10 dəfədən çox artmışdır. Sosial infrastruktur
inkişaf etmiş, o cümlədən respublika ərazisində 3100-dən çox orta məktəb, 640-dan çox
xəstəxana tikilmiş və əsaslı şəkildə təmir edilmişdir. Bölgələrdə isə, 43 Olimpiya İdman
Mərkəzi inşa edilərək, əhalinin istifadəsinə verilmişdir. Qeyd olunan rəqəmlər onu
göstərir ki, sosial siyasət daim cənab Prezidentin diqqət mərkəzindədir.
Bu gün Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sayəsində əldə edilmiş dinamik iqtisadi
tərəqqi və ictimai-siyasi sabitlik cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını ifadə
edir. Azərbaycan dövləti hər bir vətəndaşın və ailənin, bütövlükdə cəmiyyətin himayəçisi
qismində çıxış edir, hər bir vətəndaş və ailə öz həyatında dövlətin dəstəyini, diqqət və
qayğısını hiss edir. 
Bütün bunlar keçirilən Prezident seçkilərində də öz əksini tapır və Yeni
Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev xalqımızın alternativsiz seçimi
olduğunu sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili
və xarici siyasətin nəticəsi kimi, bu gün Azərbaycan dinamik iqtisadi inkişaf tempinə
malikdir, ölkəmiz beynəlxalq münasibətlərdə nüfuzlu dövlət, etibarlı strateji tərəfdaş,
ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi, tolerant dövlət kimi tanınır.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.30953884124756