Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

22:56 06-04-2022 | icon 1955
Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

Dünya Güləş Birliyi 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, qərar bir müddət öncə verilib: “Rusiyanın 97 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Anzor Boltukayev dopinqə yaxalandığı üçün bu cür qərar verilib. Komandanın hesabından 9 xal silinib və çempionluq Azərbaycana verilib”. 

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə komandamızın baş məşqçisi Firdovsi Umudov olub. 

Xatırladaq ki, Rusiyanın aktivindən 9 xal silinib və 58 xala malik Azərbaycan komandası avtomatik olaraq ikinci pillədən birinci sıraya yüksələrək, Avropa çempionu olub. Xalı 53-ə enən Rusiya 3-cü yerə geriləyib. İkinci yeri isə eyni xala malik Türkiyə tutub.


Digər xəbərlər

0.26628303527832