Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

10:05 12-04-2022 | icon 1358
Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar

İdman ölkəsi olmaq, idmançılar ordusu yetişdirmək cəmiyyətin sağlam və müdrik
olmasının mühüm şərtlərindəndir. Xüsusilə ölkənin hərbi qüdrəti və güclü ordu
formalaşdırılmasında peşəkar kadrların idmanla məşğul olan daha sağlam
insanlardan formalaşdırılması həm də cəsur və qalib hərbçi deməkdir.
O cümlədən idman hər bir ölkənin adının və bayrağının ucaldılması, onun beynəlxalq
miqyasda tanıdılması anlamını verir. Bu barədə ulu öndər Heydər Əliyev demişdir:
«İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir,
qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil
Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil
Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi
Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
Ümumiyyətlə Azərbaycan idman ölkəsidir. Azərbaycan Milli Olimpiya Komitəsinin
yaranması və Prezident İlham Əliyevin bu komitəyə rəhbərliyindən sonra bu
istiqamətdə köklü və müsbət dəyişikliklər başlandı,ölkəmizin Olimpiya Hərəkatının
surətli inkişafina təkan vermiş və onun Beynəlxalq Olimpiya oyunlarının hərəkatına
qoşulmasını təmin etmişdir.Hazırda Azərbaycan idmançıları bir çox idman növlərində
bayrağımızı layiqincə təmsil edir və dalğalandırırlar.Ən yeni uğurlarımızdan biri isə
güləşçilərimizin Bolqarıstanda keçirilmiş Avropa çempionatında qazandıqları
uğurdur.Mart ayının 17-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham
Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa
çempionatının iştirakçılarını qəbul edib. Cənab Prezident çıxışında gənclərimizin
qazandığı uğurları sadalayaraq qeyd etdi ki, 16 medal qazanılıb, onlardan 7-si qızıl
medaldır. Bu çox böyük nailiyyətdir. Xüsusi ilənəzərə almalıyıq ki, komanda
hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür.Dövlət himnimiz yeddi
dəfə səsləndilirdi. Əlbəttə ki,həm idmançılar, həm idman mütəxəssisləri və həmçinin
bütün azərbaycan vətəndaşları bu qələbəni böyük qurur hissi ilə qarşılayıblar.
Ölkəmizdə olan sərbəst güləş idman növü zəngin tarixə və özünəməxsus ənənələrə
malikdir. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbyacanda toy və bayram
şənliklərində insanların bu növdə özlərini sınamalarıdır.Azərbaycanda güləş yarışları
xüsusi yerlərdəkeçirilirdi. 20-ci əsrin əvvəllərində pəhləvanlarımız Sail Süleyman,
Rəşid vəCümşüd Yusifov qardaşları dünyada tanınırdılar.İndidə gənc güləşçilərimiz
bu ənənələri davam etdirməkdədirlər. Cənab Prezident öz çıxışında onu da vurğuladı
ki,“son vaxtlar Güləş Federasiyasında durğunluq hiss olunurdu. İdareetməmexanizmi
zəifləmişdi,faktiki olaraq özbaşnalıq hökm sürürdü.Əlbəttə ki,bu nəticələrə də mənfi
təsir göstərmişdi.Ona görə də Güləş Federasiyasının rəhbərliyinin dəyişdirilməsi
zəruri idi və bu baş verdi. Əminəm ki, federasiya indi həm buraxılmış bütün
nöqsanları aradan qaldıracaq, həmçinin vəziyyəti təhlil edərək həm gənclər, həm də
böyüklər arasında çıxış edən idmançılara lazımı şərait yaradacaqdır.”
Cənab Prezidentin çıxışına istinad edərək qeyd etmək istərdim ki, idmançılarımızın
uzun illər dünyada Azərbaycanı layiqincə təmsil etmələrində ən aparıcı amil düzgün

aparılan siyasətdir. Bir idmançı olaraq deyə bilərəm ki, hər zaman dövlətimizin
qayğısını hiss etmişik.Hələ Ulu Öndər Heydər Əliyevin biz şahmatçılara göstərdiyi
qayğı və diqqət bizim uğurlarımızın təməli olub.Hazırda bu diqqət və bu qayğı Cənab
Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezident
Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Qazanılan hər bir uğur,
dalğalanan bayrağımız və səslənən himnimiz böyük zəfərimizin təcəssümüdür.
Cənab prezidentin vurğuladığı ən önəmli məsələlərdən biri də30 ilə yaxın beynəlxalq
arenalarda istər idman, istər siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil
olunurduq. Bunu etiraf etmək nə qədər ağırdırsa, o qədər də sadədir. Yəni biz
həqiqəti olduğu kimi qəbul etməliyik.Əlbəttə bu məğlubiyyətin önəmli səbəbləri var
idi. O vaxtki, antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması Ermənistana
xarici dövlətlərin göstərdikləri yardımlar bütün bunlar var idi. Təbii ki, məhz bu amillər
məğlubiyyətləri şərtləndirirdi.Lakin bu gün biz qalib ölkəni təmsil edirik.
Düşünürəm, Cənab Prezidentin bu çıxışı biz idmançıları daha da ruhlandırdı.
İşğaldan azad olunmuş bölgələrimizdə yaradılacaq yeni idman mərkəzlərinin
komplekslərinin planları gələcək uğurlardan əminliklə xəbər verir.
Biz birləşərək Azərbaycanın gəncliyini daha böyük zirvələrə aparmalı və gəncliyimizə
milli vətənpərvərlik ruhunu aşılamalıyıq. Bir dövlət öz milli mənəvi dəyərləri, öz
siyasəti və öz idmanı ilə dünyada səs salır. Biz buna nail olmuşuq. Bu isə bir xalq
olaraq arxamızda müdrik siyasətçinin,dahi liderin və hər zaman vətəninin gənclərinə
inanan bir rəhbərin olmasından qaynaqlanır.
Sürəyya Zeynalova
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru


Digər xəbərlər

0.28309607505798