ÇL-də ilk yarımfinalçılar müəyyənləşir

10:12 12-04-2022 | icon 1511
ÇL-də ilk yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.

Bununla da yarımfinalın ilk 2 iştirakçısı bəlli olacaq.

 

“Real” doğma azarkeşləri önündə ilk matçda 3:1 hesabı ilə məğlub etdiyi “Çelsi”ni qəbul edəcək.

“Bavariya” isə Almaniyada İspaniya “Vilyarreal”ı ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. “Real” (İspaniya) - “Çelsi” (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 3:1

23:00. “Bavariya” (Almaniya) - “Vilyarreal” (İspaniya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun - 0:1


Digər xəbərlər

0.23493790626526