BDU-nun tələbə yataqxanasında qanlı hadisə

18:33 12-04-2022 | icon 1971
BDU-nun tələbə yataqxanasında qanlı hadisə
Bakı Dövlət Universitetinin tələbə yataqxanasında bıçaqlanma hadisəsi baş verib.
 
Azeripress.az-ın məlumatına görə, aprelin 9-da Yasamal rayonu ərazisində, Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan iki tələbə arasında baş verən mübahisə qanlı hadisə ilə nəticələnib. 
 
Mübahisə zamanı tələbələrdən biri digərinə vintaçanla xəsarət yetirib. Hadisə yerinə dərhal universitet rəhbərliyi və təcili yardım çağırılıb. Yaralı tələbə xəstəxanaya yerləşdirilib.
 
BDU rəhbərliyinin müdaxiləsi nəticəsində məsələ yerindəcə örtbasdır edilib və ictimaiyyətdən gizlədilib.
 
BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev saytımıza açıqlamasında faktı təsdiq edərək bildirib ki, hadisə yataqxanadan kənarda baş verib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər

0.27887201309204