Akademik Musiqili Teatrın aktyoru ustad dərsləri keçəcək
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev aprel ayının 14-dən 18-dək Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçəcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” adlı layihəsi çərçivəsində beş gün davam edəcək dərslərdə Xalq artisti peşəkar və gənc aktyorlarla görüşəcək, həmçinin onlara xüsusi proqram əsasında təlimatlar verəcək.
Pərviz Məmmədrzayev dərslərin ilk günü təlim iştirakçılarına diqqət və yaddaşa, duyğu üzvlərinə aid məşqlər keçəcək. Növbəti günlərdə isə “Hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması”, “Aktyorun tərəf müqabilinə uyğunlaşması və onunla səhnədə canlı şəkildə işləyə bilməsi”, “Bədənin ifadə vasitələrinin inkişafı”, “Bədən üzvlərinə aid çalışma, etüdlər”, “Hərəkət və sözlə bağlı improvizasiya”, “Mətn üzərində iş formaları”, “M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest” anlayışları barədə” təlimlər keçəcək, uzun illər səhnədə qazandığı təcrübəsini teatrın bütün yaradıcı heyəti ilə bölüşəcək.
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...