Vaqif Mehdiyev dövlət və dövlətçiliyə sədaqətlə xidmət edir

10:22 15-04-2022 | icon 1612
Vaqif Mehdiyev dövlət və dövlətçiliyə sədaqətlə xidmət edir

Vaqif Mehdiyevin Ucar rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışması ona dövlət səviyyəsində, xüsusilə, rəhbərlik tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir.

Uzun illər dövlət orqanlarında çalışan Vaqif Mehdiyev rəhbərliyin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib. Vaqif müəllim dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Təəssüf ki, bəzən onun haqqında yoxlanılmamış məlumatlar da dərc edilir. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

 Söz düşəndə deyir ki, kadr təyinatı birbaşa rəhbərliyin səlahiyyətində olan məsələdir:

"Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır. Mən uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu gün də özümü dövlət başçısı cənab İlham Əliyevin əsgəri hesab edirəm."

Özü haqqında mətbuatda yazılan neqativ məlumatlara da münasibət bildirən Vaqif müəllim qeyd edib ki, günümüzdə mətbuat azad olsa da, təəssüf ki, bundan sui - istifadə edən qüvvələr jurnalist adından istifadə edərək şər-böhtan yazmaqla məşğul olur və peşəkar,dəyərli jurnalistlərimizin də imiclərinə kölgə salırlar:

"Düzdür, mətbuat cəmiyyətdə olan mənfi və müsbət hadisələri cəmiyyətə çatdırmalıdır. Lakin, təəssüf ki, bəzən heç də belə olmur. Son vaxtlar mənim də adım bəzi məsələlərdə hallanır. Tam səmimi deyə bilərəm ki, həmin yazılarda adı keçən şəxsləri nəinki tanımıram, hətta adlarını ilk dəfə sizdən eşidirəm. Əgər elə bir şirkətim olsa idi həqiqətən çox sevinərdim. Həmin yazıları dərc edən mətbu orqanlar da bilsinlər ki, biz hüquqi dövlətdə yaşayırıq və barəmdə həqiqətə uyğun olmayan böhtan xarakterli yazılara görə hüquq çərçivəsində cavab verməli olarlar. Odur ki, şahtaj xarakterli yazılardan əl çəkib, həqiqətə uyğun yazılar dərc etsinlər. Əks halda həmin qəzet və saytlar həmin şantaj xarakterli yazılara görə üzr istəməli olacaqlar...". 

 


Digər xəbərlər

0.28755903244019