Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur
Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur.
Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı
dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas
məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start
vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul
etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki,
qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Biz, ilk növbədə,
beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam
etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul
etmişlər. İlk növbədə, BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda
beynəlxalq tədbir keçirilmişdir - Azərbaycanın BMT-yə üzvlüyünün 30
illiyinə həsr edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu
göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur.
Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra işğalla üzləşdiyimiz dövrdə
gördük ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli qərarlar qəbul etmişlər.
Əfsuslar olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə kağız üzərində
qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan tərəfindən
birtərəfli həlli, eyni zamanda, BMT-nin üzərindən bu yükü götürmüş oldu.
Şuşa şəhərində bu tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti
var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti panikaya, isterikaya
səbəb olmuşdur.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...