"Neftçi" avrokuboklara vəsiqəni təmin edib

07:47 25-04-2022 | icon 1679

"Neftçi" Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün başa çatmasına 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.

"Ağ-qaralar" buna XXIV turda "Səbail"ə qalib gəlməklə nail olub. "ASCO Arena"dakı 1:0 hesablı qələbədən sonra xallarını 47-yə çatdıran paytaxt təmsilçisinin yeni mövsümdə ən azı UEFA Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 58 xalla "Qarabağ" başçılıq edir.


Digər xəbərlər

0.28151798248291