Rəşad Cəbrayılov: "Milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir"

09:48 29-04-2022 | icon 2260
Rəşad Cəbrayılov:

"Savab, mərhəmət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir"

Bu fikirləri Salyan rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.

O qeyd edib ki, Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir:

"Əziz həmvətənlərim!

Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm.

Bu əziz gündə biz Allaha dualar edirik ki, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ali mənəviyyat sahibi, bu il 99-cu ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz, Müstəqilliyimizin qurucusu, Qurtuluşumuzun banisi, Ulu Öndər Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, qürurverici səhifələr yazan Prezident İlham Əliyev cənablarına Azərbaycanın tərəqqisi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.

Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlətimizin siyasətinin əsas prioritetlərindəndir.

İkinci ildir ki,  Ramazan bayramı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan böyük qələbə, işğal altında olan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi şəraitində qeyd olunur. 

Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirələri minnətdarlıqla yad edir və igid qazilərimizə şəfalar diləyirəm.

Bir daha bu əziz bayramda xalqımızı səmimi qəlbdən təbrik edirəm.

Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün xoş arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin! AMIN!"


Digər xəbərlər

0.30522513389587