Şirkət rəhbəri məhkəmə zalında həbs edildi


“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayev həbs edilib.
Ötən il iyunun 19-da Xaçmaz rayonunda yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə işləyən 1994-cü il təvəllüdlü Kamran Cəfərovun krandan yıxılaraq ölməsi faktına görə şirkət rəhbəri cəzalandırılıb.
O, Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Həmçinin 41 yaşlı E.Paşayev azadlığın məhdudlaşdırılması ilə bağlı cəzadan sonra 2 il müddətə “tikinti quraşdırma və tikinti təhülkəsizlik sahəsində rəhbər və maddi-məsul” vəzifə tutma hüququndan məhrum edilib.
Qeyd edək ki, prokurorluğun yaydığı ilkin məlumatda Emil Paşayev barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlanıldığı bildirilib. Lakin sonradan prokurorluq cinayət işini 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsinə tövsif edib.
“Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.
-
DTX ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib
...
-
MİDA evləri ilə bağlı daha bir həbs - “300 min alıb qaçmaq istəyirdi”
...
-
“Cundul Şam”a qoşulan Bəxtiyar və ailəsi necə kriminallaşdı?
...
-
Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib
...
-
Şirkət rəhbəri məhkəmə zalında həbs edildi
...
-
Aqşin Fatehlə şəriki arasında dava - Xəsarət alan var
...
-
“Beh göndərdiyimiz adam “Getcontact”da “Fırıldaq” çıxdı”
...
-
Göyçayın icra nümayəndəsi saxlanıldı
...
-
DTX güzəştli mənzillərlə bağlı bu şəxsləri məsuliyyətə cəlb etdi
..
-
BDU-nun tələbə yataqxanasında qanlı hadisə
...