Musa Süleymanov - Nəcib insan, Bacarıqlı iş adamı

11:26 29-04-2022 | icon 1464
Musa Süleymanov - Nəcib insan, Bacarıqlı iş adamı

Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təşkilatçı, xeyriyyəçi "ADO-G İnşaat, sənaye və turizm” Azərbaycan-Türkiyə birgə müəssisəsinin təsisçisi, “B.Sərdarov adına Maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Musa Süleymanovdur. 

Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov bacarıqlı və yüksək səviyyəli iş adamı kimi bütün ölkədə yaxşı tanınır. 

Öz soykökü və nəsil şəcərəsi ilə Azərbaycan tarixinin özünəməxsus və şərəfli səhifələrindən hesab olunan Şəmşəddil sultanlığının hakimi Nəsib Sultan nəslinin layiqli davamçısı olan Musa Süleymanov 14 sentyabr 1956-cı ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 1973-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndindəki Yusif Sadıqov adına orta məktəbi bitirib. 1975-1977-ci illərdə keçmiş SSRİ silahlı qüvvələri sırasında hərbi xidmətdə olub. 

Gənc yaşlarından zəhmətə alışaraq gecə-gündüz yorulmadan çalışıb. 

1977-80-cı illərdə Tovuz rayonunun Əlimərdanlı kəndindəki şərab zavodunda və həmin rayonun rabitə qovşağında fəhlə və sürücü vəzifəsində çalışıb. 1980-ci illərdən şəxsi bizneslə, 1991-ci ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1991-ci ildən 1998-ci ilədək təsis etdiyi "Simurg-MM" Firmasının prezidenti vəzifəsində çalışıb.

1996-ci ildə yayım dairəsi Gəncə-Qazax regionu daxil olmaqla Azərbaycanın qərb zonasını əhatə edən regional "Simurq-M" Tele-Radio Kompaniyasını təsis edib. 1998-ci ildən "ADO-G İnşaat, sənaye və turizm” Azərbaycan-Türkiyə birgə müəssisəsinin təsisçisi olmuş və həmin şirkətin prezidenti vəzifəsində çalışıb.

2004-cü ildən hazırkı dövrədək “B.Sərdarov adına Maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində calışır. Ali təhsilli hüquqşünasdır. Həmçinin, Amerika Birləşmiş Ştatlarında ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə "Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti" üzrə texniki proqramı bitirib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

22 İyun 2017-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə maşınqayırma sənayesində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

İstər torpaqlarımızın erməni işğalı ilə üzləşdiyi ağır illərdə, istərsə də 44 günlük haqq mübarizəmiz vaxtında Musa Süleymanov bütün gücü və imkanları ilə daim vətəni qoruyan əsgər və hərbçilərin yanında olub. 

O, harda olmasından asılı olmayaraq hər zaman və hər yerdə mənsub olduğu el-obanın problemləri ilə maraqlanaraq, onların həll olunmasına yardım göstərib. 

Musa müəllim Azərbaycan mədəniyyətinin təbliğ olunması yönündə də ciddi addımlar atıb. 

Biz də redaksiyamız adından Musa müəllimi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, yorulmaz və səmərəli fəaliyyətində uğurlar arzu edirik!

 


Digər xəbərlər

0.27042198181152