AFFA bu komandaları birinci diviziona gətirdi

18:54 29-04-2022 | icon 1803
AFFA bu komandaları birinci diviziona gətirdi

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

- 2022/23-cü il mövsümündən etibarən “İmişli”, “Mingəçevir” və “Araz Naxçıvan” komandaları Birinci Divizionda çıxış etsin.

- Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilsin.

- Premyer Liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.

- Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə sayı saxlanılsın).

- 2022/23-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.

- 2023/24-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.

- AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunsun.


Digər xəbərlər

0.24643898010254