“Qarabağ” – “Zirə” finalı olacaq 

09:30 30-04-2022 | icon 1693
“Qarabağ” – “Zirə” finalı olacaq 

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

İlk olaraq “Qarabağ” “Qəbələ”ni qəbul edib. Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib. Günün son qarşılaşmasında “Zirə” “Neftçi”nin qonağı olub. Bu komandalar arasında ilk görüşdə isə qapılara qol vurulmayıb.

 

Azərbaycan Kuboku

29 aprel (cümə)

17:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Azersun Arena”
İlk oyun - 3:1

20:30. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bakcell Arena”
İlk oyun - 0:0

 

Ağdam klubu bu görüşdə 5:0 hesablı qələbə qazanıb.

“Qarabağ” – “Qəbələ” - 5:0

Qollar: Ramil Şeydayev, 5, Kadi Borqes, 13-pen. 17, Leandro Andrade, 37, Ramil Şeydayev, 58

***

"Neftçi" - "Zirə" matçı 0:0 hesabla başa çatıb. Penaltilər seriyasında "Zirə" 4:2 hesabı ilə qələbə qazanaraq finala adlayıb.


Digər xəbərlər

0.27859687805176